İcra başçısı klubla bağlı iclas keçirdi, problemləri soruşdu, dedi ki…

19 Noyabr 2022 21:00 Turan 694
İcra başçısı klubla bağlı iclas keçirdi, problemləri soruşdu, dedi ki…

Tovuzun icra başçısı Məmməd Məmmədov “Turan Tovuz”un rəsmiləri ilə toplantı keçirib.

Yığıncaq rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunub.

M.Məmmədov klubun gündəlik fəaliyyəti və üzləşdiyi problemlərlə maraqlanıb. O, komandanın Premyer Liqada çıxışını yaxından izlədiyini, nəticələrin gözləniləndən də yaxşı olduğunu bildirib.

“Turan”ın uzun aradan sonra güclülər dəstəsinə dönməsini “mühüm hadisə” adlandıran rayonun birinci şəxsi uğurlu göstəricilərin davamının gələcəyinə inandığını söyləyib.

Icra başçısı “Turan”ın bundan belə də İH tərəfindən dəstəklənəcəyini qeyd edib.

SPORTİNFO.AZ

Xəbər Lenti