“Şükürlər olsun ki, istəyim baş tutdu, nəsə etməyə çalışdıq“

19 Noyabr 2022 16:20 Turan 428
“Şükürlər olsun ki, istəyim baş tutdu, nəsə etməyə çalışdıq“

“Standart vəziyyətlərdən qol vura bilmək üçün məşqlərdə çox işləyirik“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz“un kapitanı Şəhriyar Əliyev deyib.

Debütant Premyer Liqanın son 3 matçında 1 dəfə fərqlənib. Həmin qolu da Premyer Liqanın 12-ci turunda məhz Əliyev vurub.

Müdafiəçi son dəqiqələrdə “Sumqayıt”ın qapısına yol taparaq, komandasına minimalhesablı qələbə qazandırıb.

Onun bildirdiyinə görə, baş məşqçi Ayxan Abbasovun əsas tələblərindən biri “duran toplar”dan maksimum yararlanmaqdır:

“Şükürlər olsun ki, istəyim baş tutdu və “Turan Tovuz”da ilk qolumu vurdum. Əslində, topu kimin vurması önəmli deyil. Vacib olan 3 xal idi ki, onu da əldə etdik”.

30 yaşlı səbəbkar vurduğu qolun məşqlərdə çəkilən əziyyətin bəhrəsi olduğunu qeyd edib:

““Qapanan rəqibə qarşı oynamaq asan deyil. Bilirdik ki, bizim üçün çətin olacaq. Gözlədiyimi kimi də oldu.

Özünüz da gördüz ki, “Sumqayıt” qapalı oynayırdı. Buna görə də qol imkanları yaxalaya bilmirdik.

Top saxlayırdıq, hücuma çıxırdıq, amma real qol vəziyyəti yaratmaq mümkün olmurdu.

Baş məşqçinin tapşırıqlarını 100 faiz yerinə yetirə bilməsək də, müəyyən mənada nəsə etməyə çalışdıq”.

Digər Xəbərlər
Xəbər Lenti