"Baş məşqçi bizdən yeni transferlər istəyir, pulumuz isə yoxdur"

18 Noyabr 2022 14:00 Turan 877
"Baş məşqçi bizdən yeni transferlər istəyir, pulumuz isə yoxdur"

«Mövsümün geridə qalan hissəsində əldə etdiyimiz nəticələri çox yaxşı sayıram».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev deyib.

Doqquz illik fasilədən sonra Premyer Liqaya dönən qərb təmsilçisi 14 turu arxada qoyub. Aktivinə 16 xal yazan əyalət komandası turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

N.Nəbiyev məhdud heyətlə mübarizəni davam etdirdiklərini, bu azmış kimi, zədəli futbolçuların çoxluğunun onlara əlavə problemlər yaratmasına diqqət çəkib:

«Elə həftə olmur ki, bir, yaxud bir neçə nəfər sıradan çıxmasın. Ayxan Abbasov bəzən meydana buraxmağa futbolçu tapmır.

Baş məşqçiylə bu barədə tez-tez söhbət edirik. O, haqlı olaraq yeni transferlər istəyir. Qış fasiləsində hansı mövqeləri gücləndirmək lazım olduğunu bizə söyləyib.

Ancaq açıq deyim ki, hələlik yeni futbolçular gətirməyə pulumuz yoxdur. Bunun üçün büdcədə pul tapmağa çətinlik çəkirik.

İki ay sonra necə edəcəyimizi bilmirəm. Kənardan maddi kömək almırıq. İndiyədək çox yerə, tovuzlu iş adamlarına müraciət etmişik, söz eşitmişik, dəstək görməmişik».

Digər Xəbərlər
Xəbər Lenti