“Kifayət qədər məşhurdur, tək məndə deyil“

18 Noyabr 2022 09:40 Turan 634
“Kifayət qədər məşhurdur, tək məndə deyil“

“Bu ad Kamerunda kifayət qədər məşhurdur, tək məndə deyil“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz“un legioneri Runi Eva deyib.

İngiltərəli məşhur hücumçu, uzun illər “Mançester Yunayted“in formasını geyinmiş Ueyn Runini özünə kumir seçmiş 26 yaşlı forvard bunları söyləyib:

“Valideynlərimin niyə bu adı vermələrinin səbəbini dəqiq bilmirəm. Yəqin ki, nəsə düşünüblər.

Ueyn Runi? Əlbəttə, mən onu tanıyıram, izləmişəm. Ən bəyəndiyim hücumçulardan biri olub“.

Premyer Liqanın debütantı yayda kamerunlu ilə 1 illik müqavilə bağlayıb. Karyerasına vətənində “Apeje”də başlayan Eva Yunanıstanda “Veria”, “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib.

O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) şərəfini qoruyub. Afrikalı Premyer Liqamızda artıq 6 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada