Ehtiram Quliyev 3 aydır onların pulunu vermir - ŞOK ŞİKAYƏT!

13:00 Turan 1 232
Ehtiram Quliyev 3 aydır onların pulunu vermir - ŞOK ŞİKAYƏT!

«Turan Tovuz»un akademiyasında çalışan məşqçi və işçilər 3 aya yaxındır əməkhaqqı almır.

Bu barədə klubdan saytımıza şikayət daxil olub.

Redaksiyamızla əlaqə saxlayan iki məşqçi aylardır maaş üzünə həsrət qaldıqlarını bildiriblər.

Onların sözlərinə görə, İdarə Heyətinin sədri Ehtiram Quliyev bütün diqqətini əsas komandaya yönəldib, uşaq futboluna nəzarət etmir:

«Vəziyyət burada pisdir. Üç aydır pulu üzü görmürük.

Dəfələrlə klubun ayrı-ayrı şəxslərinə müraciət etmişik. Ya «gözləyin» deyirlər, ya da «bilmirik».

Bəzən çiyinlərini çəkirlər. Hətta verdiyimiz suala acığı tutanları da görmüşük.

Onların nə vecinə, ayda filan qədər maaş alırlar. Daha bizim kimi aşağı pul almırlar ki…

Ehtiram Quliyevi görə bilmirik. Ona yaxın buraxmırlar bizi.

Əməlli-başlı dilxor olmuşuq. Çünki dərdimizi deməyə adam tapmırıq.

Bizə kömək edən yoxdur. Dünənə kimi geyim və forma dərdi çəkirdik, indi bunun üstünə maaş dərdi də gəlib.

İnanın, «Turan Tovuz»da hamı «Sportinfo»nu oxuyur. Uşaqlar, valideynlər…

Bütün Tovuz bilir ki, «Sportinfo» obyektiv saytdır. Biz də dərdimizi ancaq sizə deyə bilirik.

Öz aramızda tez-tez danışırıq ki, görəsən, «Sportinfo» olmasaydı, biz sözümüzü kimə deyərdik? Problemlərimizi Ehtiram müəllimə çatdırmaq üçün başqa yer qalmayıb.

Sizlər də sağolun ki, akademiyamıza diqqətlə yanaşırsız, çətinliklərimizi işıqlandırırsız. Qoy, Ehtiram müəllim bu problemləri eşitsin, aldatmasınlar onu.

«Turan Tovuz» bir komandadan ibarət deyil. Burada nə qədər uşaq və yeniyetmə var, gənc var.

Onların da halına yanmaq, kömək etmək lazımdır».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 19:40 Çək və bizə göndər!