Albaniyadan qayıdan "Sabah"ın futbolçusunu icarəyə götürdü

20 Avqust 2020 18:48 Sumqayıt 2 006
Albaniyadan qayıdan "Sabah"ın futbolçusunu icarəyə götürdü

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü Albaniya "Bilis"ində icarədə keçirən, müqavilə ilə “Sabah”a məxsus olan mərkəz müdafiəçisi Eltun Turabovla müqavilə imzalayıb.

O, qarşıdakı mövsümdə "Sumqayıt"da icarə əsasında çıxış edəcək. 23 yaşlı futbolçu yeni komandasında “33” nömrəli formanı geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM