Bir gün “Nitsa”da, bir gün "Sumqayıt"da - FOTOLAR

19 Avqust 2020 12:16 Sumqayıt 1 054
Bir gün “Nitsa”da, bir gün "Sumqayıt"da - FOTOLAR

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt" yeni transferini açıqlayıb.

Sportinfo.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, son mövsümü İran Yüksək Liqasındakı “Pars Jonoubi Jam”da keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb.

25 yaşlı yarımmüdafiəçi yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Kanadada “Toronto Siti”nin yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransada - “Nitsa”nın əvəzedici heyətində başlayıb. O, daha sonra İranın “Persepolis” klubuna keçib.

"Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti