Baş sponsor Premyer Liqa klubuna olan borcunu ödəmir

18 Avqust 2020 19:02 Sumqayıt 1 427
Baş sponsor Premyer Liqa klubuna olan borcunu ödəmir

«Azərikimya» ASC baş sponsoru olduğu «Sumqayıt»ı növbəti dəfə üzüb.

Sportinfo.az-ın məlumatına görə, şirkət kluba olan borcunu ödəməkdən imtina edib.

Söhbət fevral və mart aylarından qalan vəsaitdən gedir. Belə ki. həmin vaxt komandaya ayrılan əməkhaqqı büdcəsinin yalnız 50 faizi ödənilib.

İndi «Azərikimya» hesabında artıq pul qalmadığını bildirərək, klubun prezidenti Riad Rəfiyevi kollektiv qarşısında çətin vəziyyətə salıb.

Bu isə Avropa Liqasında debüt etməyə hazırlaşan «kimyaçılar»a mənfi təsir göstərməkdədir. Rəfiyevin ümidi avrokuboklarda iştiraka görə UEFA-dan «Sumqayıt»a ayrılacaq vəsaitədir. Onun isə bğir neçə ay sonra ödənilməsi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM