Azərbaycanda nə işi var... Hər ay 15000 avro alacaq

16 Avqust 2020 14:20 Sumqayıt 1 871
Azərbaycanda nə işi var... Hər ay 15000 avro alacaq

"Sumqayıt"dan ayrılan Əmir Ağayev Azərbaycana qayıtmağı lazım bilmədi.

28 yaşlı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

AFFA-nın milliyə cəlb etmək istədiyi israilli Super Liqa təmsilçisi "Atromitos"la 1+1 illik müqavilə bağlayıb. O, Afina təmsilçisində 11 nömrəli formada çıxış edəcək.

Əmir 2019-cu ildən "Sumqayıt"da çıxış edirdi. O, ötən mövsüm 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

Azərbayanda ayına 10 min dollara yaxın pul qazanan Ağayev Yunanıstanda maddi durumunu bir qədər də yaxşılaşdıracaq. "Atromitos" hər ay ona 15000 avro maaş ödəyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti