Öncə İran klubları, sonra "Spartak", indi "Sumqayıt" üçün - VİDEOLAR

16 Avqust 2020 13:00 Sumqayıt 1 945
Öncə İran klubları, sonra "Spartak", indi "Sumqayıt" üçün - VİDEOLAR

Sportinfo.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt" heyəti yeni futbolçu ilə gücləndirib.

Son olaraq İran təmsilçisi "Sepahan"da çıxış edən Əli Qurbani ilə müqavilə imzalanıb.

29 yaşlı forvard 1+1 illik sözləşməyə qol çəkib.

Əli Qurbani karyerası ərzində ölkəsində "Nassaci", "Qahar", "Naft Tehran", "Esteqlal" klublarının da formasını geyinib. Hücumçu 2018/2019 mövsümündə Slovakiyada - "Spartak"ın (Trnava) şərəfini qoruyub.

O, artıq Azərbaycanda debüt edib və qol hesabını açmağı da bacarıb. Cənubi azərbaycanlı "Zirə" ilə yoxlama görüşündə (4:0) fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə