"Sumqayıt"la bu gün 2 illik müqavilə imzaladı - FOTOLAR

15 Avqust 2020 16:42 Sumqayıt 882
"Sumqayıt"la bu gün 2 illik müqavilə imzaladı -  FOTOLAR

"Sumqayıt" daha əvvəl anlaşdığı Qazaxıstanın U-21 millisinin sabiq futbolçusu Kərəm Sultanovun keçidini rəsmiləşdirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 24 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Sultanov yeni komandasında 4 nömrəli forma ilə çıxış edəcək.

Qazaxıstanda “Ordabaşı”nın yetirməsi olan Kərəm Sultanov 2016-cı ilə qədər adıçəkilən komandanın əvəzedicilərində çıxış edib. Son klubu olan “Kaspi”dən öncə isə “Kızıl-Jar”ın (24 oyun) uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti