Elvin "Zirə"yə qol vurdu, səcdəyə getdi - FOTOREPORTAJ

15 Avqust 2020 10:24 Sumqayıt 1 794
Elvin "Zirə"yə qol vurdu, səcdəyə getdi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Sumqayıt” və “Zirə” bu gün yoxlama oyununda qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın meydanında keçirilən oyunda darmadağın qeydə alınıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu yerli komanda Rəşad Sadıqovun çalışdırdığı qəsəbə təmsilçisinə 4:0 hesabı ilə qalib gəlib. Qolları Rüfət Abdullazadə, Tellur Mütəllimov, Elvin Məmmədov və yeni transfer Əli Qurbani vurub.

"Sumqayıt" Avropa Liqasının 1-ci təsnifat mərhələsində avqustun 27-də Makedoniya "Şkendiya"sını qəbul edəcək.

"Sumqayıt" bundan əvvəl yoxlama görüşlərində "Neftçi"yə (0:3), "Sabah"a (0:1), "Qəbələ"yə (1:2) uduzub, "Zirə" isə "Keşlə"yə (0:1) məğlub olub, "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə