İranlı hücumçu "Sumqayıt"da

14 Avqust 2020 18:20 Sumqayıt 975
İranlı hücumçu "Sumqayıt"da

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, “kimyaçılar” İranın “Sepahan” klubundan ayrılan Əli Qurbanini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Əli yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

Qurbani ötən mövsüm “Sepahan”da keçirdiyi 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti