UEFA-dan "Sumqayıt"a…

11 Avqust 2020 21:40 Sumqayıt 1 156
UEFA-dan "Sumqayıt"a…

UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq "Sumqayıt"ın oyununun başlama saatı müəyyənləşib.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar"ın - "Şkendiya" (Makedoniya) ilə görüşü saat 20:00-da start götürəcək.

Qitənin ikinci dərəcəli klub turnirindəki digər Azərbaycan təmsilçisi "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı daha əvvəl açıqlanıb. Matçın startı saat 20:00-da veriləcək. Hər iki matç avqustun 27-də oynanılacaq.

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Makedoniya) oyunu isə avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti