"Sumqayıt" tanıyırmı?

11 Avqust 2020 12:16 Sumqayıt 903
"Sumqayıt" tanıyırmı?

“Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı rəqibi “Şkendiya” 1979-cu ildə təsis olunub.

Sportinfo.az xəbər verir ki, Tetovo şəhərini təmsil edən 41 yaşlı klubun əsas rəngləri qara-qırmızıdır.

“Şkendiya” ev oyunlarını 15000 tamaşaçı tutumuna malik, digər adı “Ekoloq Arena” olan Tetovo şəhər stadionunda keçirir.

UEFA-nın klub reytinqində 150-ci pillədə qərarlaşan komandanı 50 yaşlı albaniyalı mütəxəssis Ernest Gjoka çalışdırır. 3 dəfə Şimali Makedoniya çempionu (2010/11, 2017/18, 2018/19) və 2 dəfə ölkə kubokuna (2015/16, 2017/18) sahib olan tetovolular ötən mövsümü 23 oyunda 10 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətlik nəticə göstərib.

Ümumilikdə 35 xal toplayan kollektiv mövsümü 3-cü pillədə başa vurub. Komandanın 32 yaşlı yarımmüdafiəçisi Armend Alimi 9 qolla çempionatın ikinci bombardiri olub. Alimi Şimali Makedoniya millisində 13 oyunda meydana çıxıb.

“Şkendiya”nın heyətində Şimali Makedoniya millisinin 2 futbolçusu – Egzon Bejtulai və Ljupco Doriev çıxış edir.

Xəbər Lenti