“Sabah” Masazırda “Qəbələ”yə də qalib gəldi

10 Avqust 2020 21:00 Sumqayıt 1 023
“Sabah” Masazırda “Qəbələ”yə də qalib gəldi

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah"la "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, bu komandalar arasındakı görüş "Bank Respublika Arena"da baş tutut.

Qonaqların çalışdırıcısı Elmar Baxşıyev matçda aşağıdakı start “11-liy”inə şans verib: Anar Nəzirov, İdris İnqilablı, Murad Musayev, Sadiq Quliyev, Yusif Nəbiyev, Merab Qiqauri, Asif Məmmədov, Rodriqo Qattas, Rövlan Muradov, Ülvi İsgəndərov, Nikolas Raysel.

Qarşılıqlı hücumlarla keçən ilk 45 dəqiqədə bir qol vurulub. Fasiləyə az qalmış meydan sahibləri hesabda önə keçib. İlk yarıdan sonra hər iki komandada dəyişikliklər olub.

“Qəbələ”nin heyətində Roman Hüseynov, Cavid Hüseynov, Ehtiram Şahverdiyev meydana daxil olub. İkinci hissədə daha bir qol vurulub. Meydan sahibləri fasilədən az sonra fərqi iki topa çatdırıb – 2:0

Bu, "Sabah"ın yay təlim-məşq toplanışı dönəmində ardıcıl dördüncü qələbəsidi. Sözügedən komanda Qəbələdəki toplanış çərçivəsində "Qarabağ"ı (2:1), "Sumqayıt"ı (1:0), "Neftçi"ni (5:2) məğlub etmişdi. "Qəbələ" isə "Zirə" ilə heç-heçə (0:0) edib, "Səbail"ə uduzub (1:2), "Sumqayıt"a qalib (2:1) gəlmişdi.

"Sabah" – "Qəbələ" 2:0

Qollar: Abbas Ağazadə, 41. Məhəmməd Mirzəbəyov, 66.

Masazır. "Bank Respublika Arena".

Digər Xəbərlər
Xəbər Lenti