Abbasov iki dəqiqənin içində “Şkendiya”nıı incələdi

10 Avqust 2020 16:14 Sumqayıt 1 532
Abbasov iki dəqiqənin içində “Şkendiya”nıı incələdi

“Sumqayıt“ Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyadan "Şkendiya" ilə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov püşkün nəticəsini dəyərləndirib:

“Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan 4 potensial rəqibləri, demək olar ki, analiz etmişdik.

Onların hamısı öz liqalarının güclü klublarından idi. Püşkün nəticəsinə əsasən, “Şkendiya”nı qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib.

Olduqca güclü heyətə malikdir. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür.

Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq. Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"