"Onunla hələ qışda müqavilə imzalamaq  istəyirdik"

8 Avqust 2020 10:38 Sumqayıt 925
"Onunla hələ qışda müqavilə imzalamaq  istəyirdik"

"Uzun müddətdir bu oyunçunu izləyirik".

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov sports.kz-a açıqlamasında Kərəm Sultanovun transferindən danışıb.

Qazaxıstan Premyer Liqasında 24 oyun keçirən, U-21 yığmasının sabiq üzvü olan 24 yaşlı mərkəz müdafiəçisi yaxın günlərdə Azərbaycana gələrək, "kimyaçılar"la müqavilə bağlamalıdır.

Cari ilin əvvəlində "Kaspi"yə gələn, lakin yeni klubunda forma şansı qazanmadığından, buradan ayrılmaq qərarı verən Kərəm "Sumqayıt"la 2 illik kontrakt imzalayacaq.

Abbasov onu həmin vaxtdan diqqət mərkəzində saxladıqlarını bildirib: "Sultanovla hələ qışda müqavilə imzalamaq istəyirdik. Onda klubuyla müqaviləsi olduğundan, bu keçid alınmadı. Yəqin ki, yaxın vaxtlarda - bir həftə ərzində müqavilə bağlayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"