"Sumqayıt" Qazaxıstan millisinin müdafiəçisi ilə 2 illik müqavilə bağladı

7 Avqust 2020 14:22 Sumqayıt 1 553
"Sumqayıt" Qazaxıstan millisinin müdafiəçisi ilə 2 illik müqavilə bağladı

Qazaxıstanın gənclər yığmasının müdafiəçisi Kərəm Sultanov karyerasını Azərbaycanda davam etdirəcək.

Bu barədə məlumatı adıçəkilən ölkənin vesti.kz saytı yayıb,

Yerli mətbuat orqanının yazdığına görə, 24 yaşlı oyunçu «Sumqayıt»la anlaşıb. O. Avropa Liqasında çıxış etmək üçün «kimyaçılar»ın dəvətini geri çevirməyib.

Xəbərdə bildirilib ki, baş məşqçi Ayxan Abbasov düşərgədə zədəli oyunçuların olmasını nəzərə alaraq, klub rəhbərliyindən Sultanovun transferini tezləşdirmələrini istəyib. Onun mərkəz müdafiəçisinə əsas heyət üzvü gözüylə baxdığı qeyd olunub.

Qazaxıstanda "Ordabası", "Bayterek" i "Kızıl-Jar"ın şərəfini qorumuş, bu ilin əvvəlində isə "Kaspi"yə keçmiş Sultanovun burada işləri yaxşı getməyib. Belə ki, o, yeni komandasınıın tərkibində 1 rəsmi oyuna belə, çıxmayıb.

Məşhur «transfermarkt» saytının 175 min avro qiymət qoyduğu Kərəm Azərbaycan klubuna havayıı başa gəlib. Belə ki, futbolçu "Kaspi" ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozub və azad agent statusu alıb.

"Sumqayıt"ın mətbuat xidmətinin şefi Rəşad Məmmədov Sportinfo.az-a açqlamasında bildirib ki, Kərəm Sultanov yaxın 2-3 gjün ərzində Azərbaycana gələcək: "Onunla bütün şərtlər razılaşdırılıb. İki illik müqavilə imzalayacağıq. Hazırda bilet və digər sənəd məsələlərini həll etməklə məşğuluq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"