Premyer Liqa klubu gedənlərdən kimləri qaytarmaq istəyir?

6 Avqust 2020 20:20 Sumqayıt 1 560
Premyer Liqa klubu gedənlərdən kimləri qaytarmaq istəyir?

«Sumqayıt» müqaviləsi başa çatan və düşərgəni tərk edən bir neçə futbolçunu geri qaytarmaq fikrindədir.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib. Bildirilib ki, hazırda onlarla danışıqlar gedir:

«Sırf komanda ilə müqaviləsi bitən futbolçulardan danışsaq, Rail Məlikov və Amil Yunanovdan başqa, Peyman Babayi, Əmir Ağayev, İlqar Qurbanov kimi futbolçular var.

Onların komandadan getməsi tam olaraq rəsmi deyil. Aralarında danışıqlar apardıqlarımız var. Kimin qalacağını isə zaman göstərəcək».

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə