"Sumqayıt" yeni məşqçisi ilə 1 illik müqavilə imzalayacaq

6 Avqust 2020 16:00 Sumqayıt 1 485
"Sumqayıt" yeni məşqçisi ilə 1 illik müqavilə imzalayacaq

"Sumqayıt"ın fiziki hazırlıq üzrə yeni məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu haqda Klubun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Jerar Merino Elqarristo ilə razılıq əldə olunub. Avqustun 10-da Bakıya gələcək ispaniyalı mütəxəssislə 1 illik müqavilə imzalanacaq.

Elqarristo bu vəzifədə Türkiyənin "Gənclərbirliyi" komandasına keçən həmyerlisi Eduardo Karo Baladanı əvəzləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti