"Dünən gəlib dedi ki. Türkiyədən təklif var, getmək istəyir"

4 Avqust 2020 15:04 Sumqayıt 1 230
"Dünən gəlib dedi ki. Türkiyədən təklif var, getmək istəyir"

2019-cu ilin iyul ayından “Sumqayıt”da fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edən Eduardo Karo Balada komandadan ayrılıb.

İspaniyalı mütəxəssis Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi”n in yeni baş məşqçi Mert Nobre ilə çalışacaq.

39 yaşlı braziliyalı ötən gün Ankara təmsilçisinin sükanı arxasına gətirilib. “Sumqayıt“ Baladanın yerini əcnəbi məşqçi ilə dolduracaq.

Bu barədə klubun çalışdırıcısı Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında bildirib: “Eduardonun gedişi qəfil oldu. Əvvəl belə söhbət yox idi. Dünən gəlib dedi ki. Türkiyədən təklif var, “Gənclərbirliyi”nə getmək istəyir. Biz də razılııq verdik.

Əgər yeni işi ona daha maraqlıdırsa, burada saxlamaq düzgün deyil. İspanın işindən razı idim. Birgə çalışdığımız müddətdə işinə həmişə həvəslə və məsuliyyətlə yanaşırdı.

Ona sevinirik ki, “Sumqayıt” indi təkcə futbolçu yox, həm də məşqçi yetişdirir. Eduardo klubumuzda kifayət qədər təcrübə topladıı və mən inanıram ki, buradakı fəaliyyəti Türkiyədə də köməyinə çatacaq.

Təbii ki, boş qalan yeri dolduracağıq. Yəqin ki, fiziki hazırlıq üzrə yeni kböməkçim də əcnəbi olacaq. Yaxın günlərdə seçim edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti