"Sumqayıt" çox axtarmadı, özündə Vüqar tapdı - FOTO

31 İyul 2020 14:36 Sumqayıt 1 131
"Sumqayıt" çox axtarmadı, özündə Vüqar tapdı - FOTO

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçu ilə müqavilənin müddətini artırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Vüqar Mustafayev daha 1 il "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

2019/2020 mövsümündən “Sumqayıt”da çıxış edən Vüqar Mustafayev 15 oyunda ümumilikdə 1 346 dəqiqə meydanda olub.

"Sumqayıt" daha əvvəl baş məşqçisi Ayxan Abbasov, futbolçular - Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramov və Camaləddin Xocaniyazovla yeni müqavilə imzalayıb, Elvin Məmmədov və Tellur Mütəllimovu isə heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti