Slavik “Sabah”a Qəbələdə ikinci qələbəni qazandırdı

31 İyul 2020 12:02 Sumqayıt 1 391
Slavik “Sabah”a Qəbələdə ikinci qələbəni qazandırdı

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sabah” və “Sumqayıt” arasında keçirilən yoxlama oyunu başa çatdırılıb.

Sportinfo.az xəbər verir ki, Qəbələdə təşkil olunan matç dünən başlasa da, ilk yarının sonlarında güclü yağış üzündən dayandırılmışdı.

Komandalar bu gün görüşün ikinci hissəsini oynayıblar. Bir gün əvvəl qol vura bilməyən rəqiblərin sınağında yeganə top ikinci hissəyə təsadüf edib. Slavik Alxasovun qolu paytaxt təmsilçisinə qələbə qazandırıb.

Bu, hər iki komandanın ikinci sınaq matçıdır. Bunadək “Sabah” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edibsə, “Sumqayıt” “Neftçi”dən üç cavabsız top buraxıb.

“Sabah” – “Sumqayıt” 1:0
Qol^ Slavik Alxasov, 80

Digər Xəbərlər
Xəbər Lenti