"Nə qədər futbolçu var, "Sumqayıt"a gəlmək üçün yalvarır"

29 İyul 2020 17:52 Sumqayıt 1 869
"Nə qədər futbolçu var, "Sumqayıt"a gəlmək üçün yalvarır"

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" və "Sumqayıt" Qəbələdə təlim-məşq topanışını davam etdirir.

Komandalar iyulun 26-da hazırlıq çərçivəsində ilk yoxlama görüşünə çıxıb.

Premyer Liqanın gümüş mükafatçısı çempionatı 4-cü yerdə bitirən rəqibini sınağa çəkib. Oyun "Neftçi"nin üstünlüyü şəraitində keçib və paytaxt klubu böyükhesablı qələbə qazanıb - 3:0.

Nəticə "Sumqayıt"ın prezidenti Riad Rəfiyevdə məyusluq yaradıb. "Kimyaçılar"ın rəhbəri komanda üzvləri ilə görüşərək, onlara öz fikirlərini bildirib. Rəfiyev xüsusən gənclərdən narazılıq edib:

"Hamınız Ayxan Abbasova minnətdar olmalısız ki, sizə inanıb, bura gətirib, şans verib. Belə şans hər klubda ələ düşmür. Ona görə də yaxşı mənada bundan istifadə etməyə çalışmalısız.

Biz də, baş məşqçi də siz gənclərin irəli getməsini, tanınmasınıı istəyir və bunun üçün çalışır. Özünü göstərənlər əsas komandada qalacaq. Qalanları isə 1 gün də burada saxlanmayacaq. Başa düşün ki, kənarda qaolan nə qədər futbolçu var, "Sumqayıt"a gəlmək üçün yalvarır".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti