"Sumqayıt" türkmən legioneri ilə müqaviləni yenilədi

29 İyul 2020 12:44 Sumqayıt 572
"Sumqayıt" türkmən legioneri ilə müqaviləni yenilədi

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçu ilə müqaviləni yeniləyib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Cəmaləddin Xocaniyazov qarşıdakı 2 mövsümdə də bu komandanın uğurları üçün çalışacaq.

Əslən türkmən legioner geridə qalan 2019/2020 mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub. O, oynadığı matçlarda 1 məhsuldar ötürmə etməyi də bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!