Azərbaycan klubu “səpələnməmişlər” sırasında olacaq

27 İyul 2020 10:24 Sumqayıt 1 798
Azərbaycan klubu “səpələnməmişlər” sırasında olacaq

Avropa Liqasında debüt edəcək "Sumqayıt"ın püşkatmada hansı səbətdə yer alacağı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi “səpələnməmişlər” sırasında qərarlaşacaq.

Ayxan Abbasovun yetirmələri püşkatma zamanı reytinqi güclü olan komandalardan biri ilə qarşılaşacaq. Püşkatmada “səpələnmişlər”də yer alacaq "Neftçi"nin isə potensial rəqiblərindən biri də müəyyənləşib.

Rumıniya təmsilçisi "Botoşani" birinci təsnifat mərhələsində "ağ-qaralar"a rəqib ola bilər. Premyer-liqanın gümüş mükafatçısının ümumilikdə 37 potensial rəqibi bilinir.

Avropa Liqasındakı digər təmsilçimiz "Keşlə"nin səbəti isə hələ də qeyri-müəyyəndi. Qeyd edək ki, Avroliqada birinci təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.

1-ci təsnifat mərhələsi
“Səpələnmişlər”

APOEL (Cənubi Kipr), “Partizan” (Serbiya), "Styaua" (Rumıniya), "Maribor" (Sloveniya), "Hapoel" (Beer-Şeva/İsrail),“Rusenborq” (Norveç), “Apollon” (Cənubi Kipr), “Fehervar” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), TNS (Uels), “Dinamo” (Minsk/Belarus), "Lex" (Polşa), "Aberdin" (Şotlandiya), “Zrinski” (Bosniya və Hersoqovina), "Alaşkert" (Ermənistan), “Kayrat” (Qazaxıstan), “Jalgiris” (Vilnüs/Litva), “Motervell” (Şotlandiya), "Kukesi" (Albaniya), “Vaduts” (Lixtenşteyn), “Valletta” (Malta), “Ventspils” (Latviya), "Olimpiya" (Sloveniya), “Linkoln” (Cəbəllütariq), “Topola” (Serbiya), “Nımme Kalyu” (Estoniya), “Şaxtyor” (Belarus), “Hammarbü” (İsveç), “Hafnarfyordur” (İslandiya), "Bodo-Qlimt" (Norveç), “Riterlay” (Litva), “Proqress” (Lüksemburq), ÇSKA (Bolqarıstan), "Sutyeska" (Monteneqro), “Honved” (Macarıstan), “Makkabi” (Hayfa/İsrail), "Beytar" (İsrail), “Ordabası” (Qazaxıstan), “Neftçi” (Azərbaycan), “Şemrok Rovers” (İrlandiya).

“Səpələnməmişlər”
“Sumqayıt” (Azərbaycan), “Lokomotiv” (Plovdiv/Bolqarıstan), "Slaviya" (Bolqarıstan), "Botoşani" (Rumıniya), "Pyast" (Polşa), “Levadiya” (Estoniya), “Hibernians” (Malta), "Dunayska" (Slovakiya), "Rujomberok" (Slovakiya), "Jilina" (Slovakiya), “Jelezniçar” (Bosniya və Hersoqovina), "Laçi" (Albaniya), "Mura" (Sloveniya), “Puşkaş Akademi” (Macarıstan), “Saburtalo” (Gürcüstan), “Şkupi” (Şimali Makedoniya), “Petrokub” (Moldova), “Union” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Jalgiris” (Kaunas/Litva), RFS (Latviya), “Valmiera” (Latviya), "Noa" (Ermənistan), "Şirak" (Ermənistan), “Renova” (Şimali Makedoniya), “Borats” (Bosniya və Hersoqovina), “Sfantul” (Moldova), “Dinamo-Avto” (Moldova), “Bohemians” (İrlandiya), “Derri” (İrlandiya), “İnter” (Finlandiya), “İlves” (Finlandiya), “Honka” (Finlandiya), “Breydablik” (İslandiya), “Bala Taun” (Uels), “Dinamo” (Batumi/Gürcüstan), “Lokomotiv” (Gürcüstan), “Sirens” (Malta),“Vikinqur” (İslandiya), “Payde” (Estoniya).

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!