"Mançester Yunayted"in ulduzu "Qarabağ"ın transferini təbrik etdi: "Uğurlar, qardaş"

27 İyul 2020 10:10 Sumqayıt 890
"Mançester Yunayted"in ulduzu "Qarabağ"ın transferini təbrik etdi:

"Qarabağ"ın yeni transferi Uroş Matiç instaqram səhifəsi vasitəsilə keçidini bir daha bəyan edib.

Sportinfo.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçinin paylaşımına qardaşı - "Mançester Yunayted"in futbolçusu Nemanya Matiç də reaksiya bildirib.

Uroşun "Yeni hissə, "Qarabağ". Səmimi qəbul üçün təşəkkür edirəm", yazısına rəy bildirən məşhur futbolçu ona uğurlar arzulayıb: "Uğurlar, qardaş". Nemanya özü də bununla bağlı ayrıca paylaşım edərək, qardaşını təbrik edib.

"Kopenhagen"dən transfer edilən Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə bağlayıb. 30 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 8 nömrəli formada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"