"Sumqayıt"ın bəxti AL-da gətirmədi - Güclü rəqiblə düşəcək

24 İyul 2020 14:22 Sumqayıt 1 380
"Sumqayıt"ın bəxti AL-da gətirmədi - Güclü rəqiblə düşəcək

Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək "Sumqayıt"ın 1-ci təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi səpələnməmişlər sırasında olacaq.

Bu isə o deməkdir ki, Ayxan Abbasovun komandası püşkatma zamanı nisbətən güclü rəqiblə düşəcək.

“Sumqayıt”ın isə 36 mümkün rəqibi məlumdur. Komanda “Neftçi” və Ermənistan klubuna rəqib olmayacaq. Səbəti müəyyənləşməyən yeganə klub isə digər Avroliqa təmsilçimiz “Keşlə”dir.

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.

Səpələnmişlər

“Neftçi” (Azərbaycan), APOEL (Kipr), “Partizan” (Serbiya), “Styaua" (Rumıniya), “Maribor" (Sloveniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Fehervar” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), TNS (Uels), “Dinamo” (Minsk, Belarus), “Lex” (Polşa), “Aberdin” (Şotlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Alaşkert” (Ermənistan)*, “Kayrat” (Qazaxıstan), “Jalgiris” (Vilnüs, Litva), “Motervell” (Şotlandiya), “Kukesi” (Albaniya), “Vaduts” (Lixtenşteyn), “Valletta” (Malta), “Ventspils” (Latviya), “Olimpiya” (Sloveniya), “Topola” (Serbiya), “Nomme Kalyu” (Estoniya), “Şaxtyor” (Belarus), “Hammarbü” (İsveç), “Hafnarfyordur” (İslandiya), “Bodo-Qlimt” (Norveç), “Riterlay” (Litva), “Proqress” (Lüksemburq), ÇSKA (Sofiya, Bolqarıstan), “Sutyeska” (Monteneqro), “Honved” (Macarıstan), “Makkabi” (Hayfa, İsrail), ”Beytar” (İsrail), “Ordabası” (Qazaxıstan), “Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər

“Sumqayıt” (Azərbaycan), “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Slaviya” (Bolqarıstan), “Botoşani” (Rumıniya), “Pyast” (Polşa), “Levadiya” (Estoniya), “Hibernians” (Malta), “Dunayska Streda” (Slovakiya), “Rujomberok” (Slovakiya), “Jilina” (Slovakiya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Laçi” (Albaniya), “Mura” (Sloveniya), “Puşkaş Akademi” (Macarıstan), “Saburtalo” (Gürcüstan), “Şkupi” (Şimali Makedoniya), “Petrokub” (Moldova), “Union” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Jalgiris” (Kauno, Litva), “Riqa” (Latviya), “Valmieras” (Latviya), “Noa” (Ermənistan)*, “Şirak” (Ermənistan)*, “Renova” (Şimali Makedoniya), “Boraç” (Bosniya və Herseqovina), “Sfantul Qeorqe” (Moldova), “Dinamo-Avto” (Moldova), “Bohemians” (İrlandiya), “Derri Siti” (İrlandiya), “İnter” (Finlandiya), “İlves” (Finlandiya), “Honka” (Finlandiya), “Breydablik” (İslandiya), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Lokomotivi” (Gürcüstan), “Sirens” (Malta), “Vikinqur” (İslandiya), “Payde” (Estoniya)

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!