"Yeni futbolçu ala bilsək, birinci özüm bundan şoka düşəcəm"

23 İyul 2020 17:52 Sumqayıt 1 847
"Yeni futbolçu ala bilsək, birinci özüm bundan şoka düşəcəm"

«Bu gün futbolçulara istirahət vermişik, sabahdan məşqləri yenə bərpa edəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq «kimyaçılar» ötən həftədən etibarən Qəbələdə təlim-məşq toplanışına yığışıb. Hazırda düşərgədə nisbi sakitlik hökm sürür.

Maddi probleimlərin olması səbəbindən aparıcı fiqurların bir çoxu müqaviləsini uzatmayıb. İdi gənclərin ümidinə qalan Abbasov büdcənin komandaya yeni simalar cəlb etməyə imkan vermədiyini söyləyib:

«Hazırda heç bir başqa futbolçuyla danışıqlar aparmırıq. Onsuz da, gedənlər gedib. İki-üç nəfər var ki, onlarla müqaviləni uzatmağa çalışırıq. Görək, yaxın günlərdə nə olacaq.

Ölkə xaricində çıxış edən azərbaycanlı futbolçular «Sumqayıt»ın gündəmindədir? Mənim bundan xəbərim yoxdur. Real bir şey olsaydı, hər halda mən bilərdim.

Çünki komandanın baş məşqçisi mənəm və kimin lazım olub-olmadığını özüm müəyyənləşdirirəm. Açığı, bundan sonra bizdə transfer gözlənilmir. Yeni futbolçu ala bilsək, birinci mən özüm bundan şoka düşəcəm.

Klub rəhbərliyi məndən gəncləri yetişdirib, Azərbaycan futboluna qazandırmağı istəyib. «Sumqayıt»ın məqsədi elə cavanları üzə çıxarmaq və tanıtmaqdır. Növbəti mövsümdə də bu yolla gedəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti