Avroliqada və millidə oynamaq üçün Azərbaycan klubu ilə razılaşdı

23 İyul 2020 09:28 Sumqayıt 1 102
Avroliqada və millidə oynamaq üçün Azərbaycan klubu ilə razılaşdı

Ötən ilin yayında BATE-dən «Sumqayıt»a gələn Cəmaləddin Xocaniyazov yeni mövsümü də Azərbaycanda keçirəcək.

Sportinfo.az-ın məlumatına görə, əslən türkmən olan müdafiəçi «kimyaçılar»la ortaq məxrəcə gəlib.

Vaxtilə Rusiyanın gənclər yığmasının formasını geyinmiş futbolçu Avropa Liqasında oynamaq naminə kluba güzəştə gedib, aylıq qazancının azaldılmasına razılıq verib.

Bu, eyni zamanda Riad Rəfiyevin sayəsində mümkün olub. «Sumqayıt»ın prezidenti Xocaniyazovu əmin edib ki, Azərbaycanda qalsa, milliyə yolu açılacaq.

Söhbət, təbii ki, Rusiya və Türkmənistanın yox, Azərbaycan yığmasından gedir.

Digər Xəbərlər
Xəbər Lenti