"Sumqayıt"ın planı - 3

21 İyul 2020 16:00 Sumqayıt 831
"Sumqayıt"ın planı - 3

Avropa Liqasında debüt edəcək "Sumqayıt" təlim-məşq toplanışını Qəbələdə davam etdirir.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi" ən azı 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

İlk iki oyundakı rəqiblər və maçların tarixi artıq məlumdur. "Kimyaçılar" əvvəlcə iyulun 26-da Avropa Liqasındakı digər təmsilçimiz "Neftçi" ilə yoxlama görüşündə üz-üzə gələcək.

Baş məşqçi Ayxan Abbasov ayın 30-da isə "Sabah"la qarşılaşmada yetirmələrini sınayacaq. "Sumqayıt" 2019/20 mövsümündə Premyer Liqanı 4-cü pillədə bitirərək Avropa Liqasına vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu