"Rəhbərliklə söhbətim olub, yaxın günlərdə məsələyə aydınlıq gələcək"

21 İyul 2020 12:30 Sumqayıt 1 041
"Rəhbərliklə söhbətim olub, yaxın günlərdə məsələyə aydınlıq gələcək"

Dünən "Sumqayıt"ın təcrübəli futbolçusu Rail Məlikova yeni müqavilə təklif etmədiyini və bu üzdən komandanın Qəbələ toplanışından kənarda qalmasını xəbər vermişdik.

Millimizin sabiq üzvü məsələ ilə bağlı Sportinfo.az-a bunları deyib: "Baş verənləri sizin saytdan oxudum. Hələki konkret olaraq ayrılmaq söhbətimiz olmayıb".

Məlikov toplanışa dəvət edilmədiyini və hazırda danışıqların olduğunu təsdiqlədi: "Bəli, komanda Qəbələyə gedəndə, mənə təklif olunmayıb ki, toplanışa gedək. Amma rəhbərliklə söhbətim olub. Yaxın günlərdə məsələyə aydınlıq gələcək"

35 yaşlı müdafiəçi hələ oynamaq istədiyini bildirib: "Əlbəttə ki, oynamağı düşünürəm. İnşallah hər şey bu həftə ərzində öz yerini tapacaq.

Hər şey ola bilər. Təbii ki, anlaşa bilsək, Qəbələdəki toplanışa qoşulacam. Hazırda "Sumqayıt"da qalıram, yoxsa gedirəm? Dəqiq bir şey yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti