"Sumqayıt"(a) Rahim etdi – Gələn ilin yayına kimi

20 İyul 2020 18:06 Sumqayıt 931
"Sumqayıt"(a) Rahim etdi – Gələn ilin yayına kimi

Ölkəmizi ilk dəfə Avroliqada təmsil edəcək “Sumqayıt” Rəhim Sadıxovla müqaviləni yeniləyib.

Sportinfo.az klubun rəsmi saytına istnadən xəbər verir ki, 24 yaşlı futbolçunun 2020/2021 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə uzadılıb.

Rəhim Sadıxov 2019/2020 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçi Premyer Liqa və Azərbaycan kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.

"Sumqayıt" bundan əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovun da müqaviləini yeniləmişdi.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!