Millinin eks üzvü hansı klubdan getmişdi, ora da qayıtdı

17 İyul 2020 18:06 Sumqayıt 1 125
Millinin eks üzvü hansı klubdan getmişdi, ora da qayıtdı

“Sumqayıt” Tellur Mütəllimovun ardınca daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" son mövsümü “Zirə”də keçirmiş sabiq yarımmüdafiəçisi Elvin Məmmədov ilə 1 illik müqavilə imzalayıb.

2018/19 mövsümündə “Sumqayıt”da oynamış Elvin Məmmədov (15 oyun, 2 qol) “Zirə” (50 oyun 5 qol) ilə yanaşı, “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) uğurları üçün çalışıb.

2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmanın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!