"Sumqayıt"da yeni transfer

17 İyul 2020 16:42 Sumqayıt 945
"Sumqayıt"da yeni transfer

Ölkəmizi ilk dəfə Avroliqada təmsil edəcək “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Tellur Mütəllimovla 1 illik sözləşməyə imzalanıb. Bu, "Sumqayıt"ın yay fasiləsində ilk transferidir.

Qeyd edək ki, Tellur Mütəllimov “Qəbələ” (24 oyun, 5 qol) və “Zirə”nin (63 oyun, 3 qol) şərəfini qoruyub. 25 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 (1 oyun) və A millilərinə də (1 oyun) dəvət alıb.

Digər Xəbərlər
Xəbər Lenti