"Sumqayıt"a Cənnət(ov) lazımdır

16 İyul 2020 21:20 Sumqayıt 761
"Sumqayıt"a Cənnət(ov) lazımdır

Mehdi Cənnətovun karyerasını "Sumqayıt"da davam etdirəcəyi təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi rəsmi saytı vasitəsilə qolkiperlə yeni müqavilə imzalandığını bəyan edib.

Bu gündən təlim-məşq toplanışına start verən klub Cənnətovla sözləşmənin 1 illik olduğu vurğulanıb. 2017-ci ildən "Sumqayıt"da çıxış edən 28 yaşlı qapıçı bu müddətdə ümumilikdə 55 qarşılaşmada meydanda olub.

Mehdi Cənnətovun "Sumqayıt"la yeni müqavilə imzaladığını ilk dəfə iyulun 12-də apasport.az saytı məlumat verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti