"Sumqayıt"da 8 yeni sima

16 İyul 2020 14:08 Sumqayıt 1 485
"Sumqayıt"da 8 yeni sima

Tarixində ilk dəfə Avropa Liqasında iştirak edəcək "Sumqayıt"da uzunmüddətli fasilə başa çatıb.

"Gənclik şəhəri" təmsilçisi bu gün təlim-məşq toplanışına başlayıb.

İyulun 14-də koronavirus testindən keçən və nəticələri neqativ çıxan "kimyaçılar" bir qədər əvvəl Qəbələyə yetişib "Sumqayıt" səfərə heç də tam heyətlə getməyib.

Çünki müqavilə müddəti başa çatan bəzi oyunçular hələlik heyətə cəlb olunmayıb. Klubla yeni müqavilə bağlayan baş məşqçi Ayxan Abbasov toplanışın ilk günlərində əsasən gənc futbolçuların xidmətindən yararlanacaq.

Premyer Liqanın 2019/20 mövsümündə 4-cü yeri tutan "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə qoşulacaq. Çalışdırıcı Sportinfo.az-a açıqlamasında bu haqda deyib:

"Özümüzlə 17 yaşlılardan ibarət komandadan və əvəzedici heyətdən 4 futbolçu götürmüşük. Bu 8 gəncə ümidlərimiz var. Hazırlıq planına bu axşam, uzağı, sabah aydınlıq gələcək.

Qəbələyə gələn "Qarabağ" və "Neftçi" ilə yoxlama oyunları keçirmək istəyirik. Komanda iki həftə burada qalacaq. Əgər avqustun 1-dən sonra karantin qaldırılsa,

Qəbələdən Sumqayıta qayıdıb, Avroliqanın startınadək məşqlərimizi doğma şəhərimizdə davam etdirəcəyik. Elə olmasa, yenə Qəbələdə qalacağıq.

Açığı, transfer çalışmalarını hələ başa çatdırmamışıq. Bir çox futbolçu ilə danışıqlar aparırıq. Yaxın günlərdə bir şeylər olmalıdır. Büdcəmizin imkan verdiyi həddə heyəti gücləndirmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"