AFFA avrokuboklarda çıxış edəcək kluba pul ayırdı

16 İyul 2020 12:44 Sumqayıt 1 148
AFFA avrokuboklarda çıxış edəcək kluba pul ayırdı

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq «Sumqayıt» AFFA-dan dəstək alıb.

Sportinfo.az-ın məlumatına görə, federasiya «gənclik şəhəri» təmsilçisinin müəyyən xərclərini öz üzərinə götürüb.

Belə ki, qurum komandanın bir neçə futbolçusunun maaşını ödəyəcək. AFFA bunu Futbolun İnkişafı Fondu vasitəsilə həyata keçirəcək.

Federasiyanın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov ilk dəfə deyil ki, «Sumqayıt»a yardım əlini uzadır. Onun göstərişi ilə 3 futbolçunun əməkhaqqısının yarısı AFFA-nın büdcəsindən ödənilib. Bunlar Əmir Ağayev, Aleksey İsayev, Peyman Babayi və Cəmaləddin Xocaniyazovdur.

Digər Xəbərlər
Xəbər Lenti