"Zenit"in yetirməsi bu il də "Sumqayıt"da oynayacaq

15 İyul 2020 14:36 Sumqayıt 1 140
"Zenit"in yetirməsi bu il də "Sumqayıt"da oynayacaq

Cəmaləddin Xocaniyazovun "Sumqayıt"da qalacağı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, hazırda ölkəsində olan 24 yaşlı rusiyalı müdafiəçi 2020/21 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.

"Zenit"in yetirməsi şəxsi işlərini yekunlaşdırdıqdan sonra yaxın müddətdə Azərbaycana qayıdacaq. Xocaniyazovun klubla daha bir illik müqaviləsi var, Əmir Ağayevin sözləşməsi ilə başa çatıb.

"Sumqayıt" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılan Premyer Liqanı 23 xalla 4-cü pillədə başa vuraraq, tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb.

"Gənclik şəhəri" təmsilçisi hələlik Şəhriyar Əliyev, Aleksey İsayev, Sərtan Taşkın, Peyman Babayi və Mehdi Şərifi ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”