Premyer Liqa klubunun rəhbərliyi belə jest görməmişdi!

15 İyul 2020 09:28 Sumqayıt 930
Premyer Liqa klubunun rəhbərliyi belə jest görməmişdi!

Ayxan Abbasovun «Sumqayıt»la yenilədiyi müqavilənin bəzi detalları üzə çıxıb.

Sportinfo.az-ın məlumatına görə, dünən 1 illik kontrakta imza atan mütəxəssis kluba böyük jest edib.

Büdcənin azaldılmasını nəzərə alan çalışdırıcı əməkhaqqının bir xeyli aşağı salınmasına «ok» verib. O, bu qərarıyla futbolçulara da örnək olub. Belə ki, əksər oyunçular Abbasovun son addımından nümunə götürərək, maliyyə məsələsində rəhbərliyə güzəştə gedib və qalmağa razılaşıb.

Halbuki bunun tam əksi gözlənilirdi. İşdir, Abbasov getsəydi, düşərgə böyük ölçüdə boşalacaqdı.

Demək olar ki, heç kim müqavilə təklifinə müsbət yanaşmır, getməyə hazırlaşırdı. Baş məşqçinin «Sumqayıt»ı bu vəziyyətdə atıb getmədiyini görən futbolçular bir-birinin ardınca bazaya gələrək, «mən də qalıram» deyir.

Digər Xəbərlər
Xəbər Lenti