“Sumqayıt”dan ayrılmaq indi mənim üçün ağır olardı"

14 İyul 2020 17:52 Sumqayıt 629
“Sumqayıt”dan ayrılmaq indi mənim üçün ağır olardı"

2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

Bununla bağlı Mətbuat xidmətinə danışan Abbasov bildirib ki, ötən ilyarımda qazanılan nəticələr onu sevindirir: "Lakin bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik.

Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq.

“Sumqayıt” 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Xəbər Lenti