"Sumqayıt" kiçildi – Büdcə və hədəf dəyişdi

14 İyul 2020 12:44 Sumqayıt 794
"Sumqayıt" kiçildi – Büdcə və hədəf dəyişdi

«Sumqayıt» gələn mövsüm yüksək yerlər uğrunda mübarizə aparmayacaq.

Sportinfo.az-ın məlumatına görə, buna səbəb «Azərikimya»nın büdcəylə bağlı mövqeyini növbəti dəfə dəyişməkdən imtina etməsidir.

Baş sponsor maliyyə bazarında çətinliklərlə üzləşməsini əsas gətirərək, kluba ayırdığı ıvəsaitin məbləğini ötən ildəkindən də aşağı salıb.

Beləliklə, «kimyaçılar» gələn sezona iddiasız başlayacaq, bir çox aparıcı fiqurunu itirən komanda üstünlüyü gənclərə verəcək və Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Başqa sözlə, son iki mövsümdə uğurlu nəticələr göstərən Ayxan Abbasovdan bu dəfə başqa hədəf tələb olunmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu