Premyer Liqa klubu baş məşqçisini saxladı – Artım şərti ilə

13 İyul 2020 18:34 Sumqayıt 1 115
Premyer Liqa klubu baş məşqçisini saxladı – Artım şərti ilə

«Sumqayıt» rəhbərliyinin ürəyi bu gün yerinə gəlib.

Sportinfo.az-ın məlumatına görə, Riad Rəfiyev dördüncü cəhddə Ayxan Abbasovu razı sala bilib.

2018-ci ilin payızında komandanın sükanı arxasına keçən mütəxəssis daha 1 il burada çalışacaq.

Hələ anlaşmanın bütün detalları dəqiqləşməyib. Klub prezidenti onları avrokuboklara daşıyan baş məşqçinin əməkhaqqını artırmağı qərara alıb. Amma bu, birdən-birə olmayacaq: Abbasov növbəti mövsümün gedişində həmin qazancı cibində hiss edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti