"Qalmaq istəyirdim, bu pulu ödəyə bilmədilər, ayrıldım"

12 İyul 2020 23:00 Sumqayıt 1 445
"Qalmaq istəyirdim, bu pulu ödəyə bilmədilər, ayrıldım"

Peyman Babayi “Sumqayıt“dan ayrılması barədə Sportinfo.az-ın yaydığı xəbəri təsdiqləyib.

Ötən ilin yanvar ayında “Maşınsazi”dən 1.5 illiyə icarəyə götürülən hücumçu müqaviləsi başa çatdığı üçün geri dönüb.

25 yaşlı cənubi azərbaycanlı Avropa Liqasına vəsiqə qazanan “Sumqayıt”da qalmaq istədiyini, ancaq klubun "Maşınsazi"nin istədiyi məbləği ödəyə bilmədiyi üçün geri qayıtdığını qeyd edib (qol.az).

Peyman Babayi 2019-2020 mövsümündə Premyer Liqamızda 8 qol vuraraq çempionatın şərikli bombardiri olub: “Mən indi də istəyirəm ki, “Sumqayıt”da oynayım. Yaxşı baş məşqçimiz var idi. Ayxan Abbasov mənə çox kömək edib.

“Sumqayıt”dan heç bir pislik görməmişəm. Biz bir ailə kimi olmuşuq. Əslində mənlik bir şey yoxdur. Avropa Liqasında “Sumqayıt”a köməklik etmək istəyirəm.

Mən “Maşınsazi”ni razı saldım ki, “Sumqayıt”da qalım. Sadəcə, müqaviləmin uzadılması üçün “Maşınsazi”nin istədiyi məbləği “Sumqayıt” ödəyə bilmədi.

Klublar arasında çoxlu danışıqlar olsa da, maddi tələblər ödənmədiyindən orada qalmağım alınmadı. Ona görə də hazırda Təbrizdəyəm. Ancaq qayıtmağı mən də istəyirəm".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı