"Sumqayıt" Vüqarını da itirə bilər – İki təklif var

12 İyul 2020 22:00 Sumqayıt 1 071
"Sumqayıt" Vüqarını da itirə bilər – İki təklif var

«Sumqayıt»ın avrokuboklara vəsiqə qazanması bu komandanın futbolçularına marağı bir qədər də artırıb.

Ayxan Abbasovun rəhbərliyi altında tarixinin ən böyük uğuruna imza atan «kimyaçılar»ın əksər oyunçuları digər Premyer Liqa təmsilçilərindən təkliflər almaqdadır.

Bu dəfə Vüqar Mustafayev də diqqət mərkəzinə düşüb. 1 il öncə «Zirə»dən gələn yarımmüdafiəçi «Keşlə» ilə «Səbail»in hədəfindədir. Həmçinin «Qəbələ» də «Bakı»nın yetirməsinə özünün transfer siyahısında yer edib.

Düzdür, «Sumqayıt» Mustafayevlə müqaviləni yeniləmək fikrindədir, ancaq ona əvvəlkindən az maaş təklif olunur. Yeni təkliflərin oliması Vüqarın buradan ayrılmaq ehtimalını artırır.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı