"Sumqayıt"ın prezidenti çox xahiş-minnət etsə də…

11 İyul 2020 13:54 Sumqayıt 1 315
"Sumqayıt"ın prezidenti çox xahiş-minnət etsə də…

Tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək «Sumqayıt» çoxsaylı problemlərlə üzləşib. Əsasən də maddi sarıdan.

«Azərikimya»dan özünə qarşı etinasız münasibət görən «kimyaçılar» bir-birinin ardınca zərbələr almaqdadır.

Bu, ən çox futbolçular tərəfindəndir. Axı əəksəriyyəti əvvəlki şərtlərlə yeni müqavilə bağlamaq istəmir. Bir tərəfdən də rəhbərlik bəzi oyunçulara maaşının azaldılmasına razılıq verməsini təklif edib.

Onlardan biri də Sertan Taşkındır. Klubdan Sportinfo.az-a verilən məlumata görə, Riad Rəfiyev gənc müdafiəçini görüşə dəvət edib, lakin söhbət istədiyi məcrada getməyib.

Belə ki, 23 yaşlı futbolçu əməkhaqqının 1000 manat aşağı düşürülməsinə «yox» cavabı verib. O, «Avroliqada bir mərhələ keçsəz, pulunu əvvəlki səviyyəyə qaytaracağıq» şərtini də müsbət qarşılamayıb.

Sərtan bildirib ki, gələcəyini «Zirə»də görür və mövcud qeyri-müəyyən səbəbindən «Sumqayıt»da qalmaq marağında deyil. Klub prezidentinin «münasibətimiz var, gəl, bunu nəzərə al» xahişi də U-21 yığmasının sabiq üzvünü fikrindən daşındırmayıb.

Taşkın 2019/20 mövsümündə Premyer Liqanın 20 matçının 18-də iştirak edib, 1 qola imza atıb.

Xəbər Lenti