FİFA “Qəbələ“ və “Sumqayıt”ı nəzarətə götürdü

9 İyul 2020 12:30 Sumqayıt 977
FİFA “Qəbələ“ və “Sumqayıt”ı nəzarətə götürdü

“Sumqayıt” rəhbərliyinin aşağı yaş qruplarının inkişafı yönündə gördüyü işlər FİFA rəhbərliyinin diqqətindən yayınmayıb.

Sportinfo.az xəbər verir ki, klubun akademiyası ali qurum tərəfindən nəzarətə götürülüb.

Niyə məhz “Sumqayıt”? Bu, FİFA-nın bir layihəsidi. İstedadlı oyunçuları üzə çıxarmaq baxımından atılan addımdır və bu layihəyə “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger rəhbərlik edir.

FİFA bunu bir şirkətə - “Dubl Pas”a həvalə edib. Bu şirkən qitədə fəaliyyət göstərən akademiyalara sertifikat verir. “Dubl Pas” FİFA-ya üzv olan 120 ölkədə, biri qız komandası olmaq şərti ilə araşdırmalar aparır. Şirkətin nümayəndələri həmin akademiyaların fəlsəfəsini və necə çalışdığını öyrənmək istəyir.

"Sumqayıt“ görülən işlərlə bağlı “Dubl Pas”a materiallar göndərir, onlayn əlaqə saxlayır. Arsen Vengerin hədəfi bütün dünyada futbol akademiyaları üçün vahid inkişaf proqramı hazırlamaqdır. Bura həm qadın, həm də kişi futbolu aiddir.

AFFA rəhbərliyi qızlar üçün öz proqramını, kişi futbolu baxımından isə “Qəbələ” və “Sumqayıt” Futbol Akademiyasını seçib FİFA-ya təqdim edib. Bu da ondan irəli gəlir ki, məhz bu iki klubun yetirmələri müxtəlif yaş qrupu üzrə yığmalarda daha çox təmsil olunurlar.

Əslində, FİFA nümayəndələri Azərbaycana gəlib, görülən işləri yerində yoxlayacaqdı. Ancaq pandemiya səbəbindən bütün işlər kameralar vasitəsilə canlı izlənəcək.

Onlar gördüklərinə və görülən işlərə uyğun qiymətləndirmə aparacaqlar və çatışmazlıqlar barədə ətraflı bilgi hazırlayıb göndərəcək. Ən əsası odur ki, bütün bunlar üçün klub tərəfindən heç bir vəsait ödənilməyəcək.

“Sumqayıt“ FİFA funksionerlərinin tələb etdikləri bütün informasiyanı aidiyyatı üzrə göndərib. “Kimyaçılar“ yalnız U-17 ilə bağlı videonu təqdim edə bilməyib, bu da komandanın məşqləri yekunlaşdırmasıyla əlaqədardır.

FİFA-nın digər bütün istəkləri – klubun strategiyası, fəlsəfəsi, büdcəsi barədə lazımi məlumatlar hazırlanıb.

Digər Xəbərlər
Xəbər Lenti