"Kimdən əskiyəm? Mən elə adamam ki…"

8 İyul 2020 16:14 Sumqayıt 1 184
"Kimdən əskiyəm? Mən elə adamam ki…"

«Hələ karyeramı bitirmək fikrim yoxdur. Nə yaşım var ki… Cəmi 34…».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın müldafiəçisi Rail Məlikov deyib.

Son 3 mövsümü «gənclik şədhəri» təmsilçisində keçirən təcrübəli futbolçu hazırda təklif gözləyir: «Sumqayıt»la müqaviləm başa çatıb. Hələlik rəhbərliklə görüşməmişəm, onların mənimlə bağlı nə fikirləşdiyini bilmirəm.

Özüm çox istərdim ki, karyeramı burada bitirim. Hər halda neçə vaxtdır bu komandadayam və istər məşqçilərdən, istərsə də rəhbərlikdən hər zaman dəstək görmüşəm. Burada çox yaxşı günlər keçirmişəm.

Açığı, futboldan belə tez getməyi arzulamıram. Kimdən əskiyəm ki? Gücüm var, rahat-rahat oynaya bilərəm. Mən elə adamam ki, daha oynaya bilmədiyimi görsəm, özüm çıxıb gedərəm, kiminsə sözünü gözləmərəm».

Digər Xəbərlər
Xəbər Lenti