"Avrokuboklarda iştirak xatirinə iştirak etmək olmaz"

7 İyul 2020 22:40 Sumqayıt 1 091
"Avrokuboklarda iştirak xatirinə iştirak etmək olmaz"

«Sabah klub rəhbərliyim ilə görüşüm olmalıdır, hər şeyə bu söhbətdə aydınlıq gəlməlidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

«Gənclik şəhəri» təmsilçisini mavrokuboklara daşımaqla klub tarixinin ən böyük uğuruna imza atan çalışdırıcı həm bu, həm də yeni sezonla bağlı məsələlərin dəqiqləşmədiyini bildirib:

«Bu gün Operativ Qərargah 4 komandaya məşq etmək imkanı yaratdı. Bu, son günlərdə aldığım ən yaxşı xəbərdir. Açığı, məşqlərə icazə verilməyəcəyini güman edirdim. Yaxşı ki, belə olmadı.

Onsuz da, vaxt azdır. Biz artıq çoxdan komandan yığmalı, komplektləşmə prosesini başa vurmalıydıq. Özümün də klubla müqaviləm bitib. Məni bundan çox, futbolçular maraqlandırır. İstəyirəm ki, birinci onların işi həll olunsun.

Riad Rəfiyevlə sabahkı görüşümüzə böyük ümidlər bəsləyirəm. Mən bilirəm ki, prezidentimiz də yaxşı komanda qurmağımızı istəyir və bunun üçün çalışır.

Avrokuboklarda iştirak xatirinə iştirak etmək olmaz. Əgər ora vəsiqə qazanmışıqsa, ölkəmizi, şəhərimizi layiqincə təmsil etməyə çalışmalıyıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti